Bakı sakini evində yanaraq ölüb

Bakı sakini evində yanaraq ölüb
  15 Yanvar 2017    Oxunub:1463
Bakıda mənzildə yanğın baş verib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 53 m2 sahədə və ona bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli, 2 otaqlı evin dam örtüyü 15 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1958-ci il təvəllüdlü İsmayılov Nəriman Vəli oğlunun yanmış meyiti aşkarlanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti