Üç uşaq anası özünü asdı

Üç uşaq anası özünü asdı
  17 Yanvar 2017    Oxunub:3095
Ağdamda 56 yaşlı qadın özünü asaraq intihar edib. Hadisə rayonun Ücoğlan kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızı yaşadığı evin həyətindəki tikilidən özünü asıb. Övladları R.Nəcəfovanı ölmüş halda həyətdəki tikilidən asılı görüblər və Ağdam Rayon Polis Şöbəsinə xəbər veriblər.

Ağdam Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, R.Nəcəfovanın üç övladı var və onun psixoloji problemi olub.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti