Paytaxtın bir hissəsində qaz olmayacaq

Paytaxtın bir hissəsində qaz olmayacaq
  17 Yanvar 2017    Oxunub:1952
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
AzVision.az SOCAR-ın saytına istinadən xəbər verir ki, bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” (Xaşa-xuna) və “Zeytun” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti