Məmmədyarov Roqozinlə görüşüb

Məmmədyarov Roqozinlə görüşüb
  07 Mart 2017    Oxunub:1810
Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Kreml divarları önündə Naməlum əsgərin abidəsi önünə əklil qoyub, onların xatirəsini yad edib.
XİN-dən AzVision.az-a verilən xəbərə görə, nazir Elmar Məmmədyarov Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Dmitri Roqozin ilə görüşüb.

Görüşdə bu il Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulandı və bu dövr ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi məmnuniyyətlə diqqətə çatdırıldı.

Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd olundu. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və humanitar təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulandı.

Görüş əsnasında bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti