Azərbaycanlı və erməni deputatlar görüşəcək
“Dağlıq Qarabağa səfərlər qanuna ziddir. Beynəlxalq qanunlara əsasən Azərbaycanın sərhədlərinə hörmətlə yanaşmaq hər kəsin borcudur. Bizim hökumətin mövqeyi odur ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, hörmətlə yanaşılmalıdır. Biz təmas xəttində olduq və vəziyyətin hazırkı durumu bizi ciddi narahat edir. Münaqişə Azərbaycanda stabilliyə çox mənfi təsir göstərir. Bu da regionda gərginliyin hökm sürməsinə səbəb olur. Problemin tez bir zamanda həll olunmasını istəyirik”.
Andre Reyşar əlavə edib ki, Fransa Senatında Azərbaycan və Ermənistan parlamentinin deputatlarının görüşünün keçirilməsi planlaşdırılır: “Fransa Senatının sədri ilə görüş olub və onun bu məsələdəki müsbət rəyi alınıb. Hesab edirik ki, bu istiqamətdə müəyyən müsbət addımlar atmaq olar. Görüşün vaxtı hələlik məlum deyil. Çünki bu, hələlik bir təşəbbüsdür. Ancaq Senatın sədri ilə görüşdə ilkin razılığı almışıq. Prezidentlər bu qərarı təsdiq etdikdən sonra yer və tarix barədə dəqiq məlumat vermək olar”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: MilliMəclis Azərbaycan Ermənistan Fransa Senat