19 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı

19 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı
  15 Mart 2017    Oxunub:1547
Paytaxtda dəhşətli intihar hadisəsi baş verib.

Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu özünü binanın 12-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayırmış. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.

Gənc oğlanın hansı səbəbdən həyatına son qoyması hələlik məlum deyil.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Lent.az)

AzVision.az


Teqlər: Bakı   İntihar  





Xəbər lenti