Xaçmazda 4 otaqlı ev yanıb
![Xaçmazda 4 otaqlı ev yanıb Xaçmazda 4 otaqlı ev yanıb](https://azvision.az/photos/yangin-hadisesi_1491498050.jpg)
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az