Cəlilabadda kütləvi dava - 5 nəfər bıçaqlanıb

Cəlilabadda kütləvi dava - 5 nəfər bıçaqlanıb
  10 Aprel 2017    Oxunub:4767
Cəlilabadda baş verən kütləvi davada 5 nəfər bıçaqlanıb.

Hadisə rayonunun Nar bağı adlanan ərazisində qeydə alınıb. Dava nəticəsində rayon sakinləri Amid Möhsümov, Bəhruz və Pərviz Sahiboğlu qardaşları, Ruslan Əliyev və Asəf Yaqubov xəsarət alıb.

İlkin məlumata görə, xəsarət alanlar 10 nəfərdən ibarət qrup tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Fakt araşdırılır. (APA)

AzVision.az


Teqlər: Cəlilabad   Dava  



Xəbər lenti