O, dünyanın ən yaşlı sakinidir - Fotolar

O, dünyanın ən yaşlı sakinidir - Fotolar
  24 Aprel 2017    Oxunub:3286
Tarixən insanlar ölümsüzlüyün, uzun ömür sürməyin sirrlərini axtarıblar. Hətta rəvayətə görə, “dirilik suyu” axtarışında olan Makedonyalı İskəndər Çinə qədər gedib çıxıbmış. Ancaq, müasir insan ölümsüz olmadığını dərk etsə də, daim uzunömürlü olmağın yollarını axtarır.


Yaxın vaxtlara qədər dünyanın ən yaşlı sakini kimi adı Ginnes Rekordlar Kitabına daxil edilən Emma Morana vəfat edib. Ginnes Rekordlar Kitabı Emma Moranonu 1800-cü illərdə doğulan şəxs kimi rəsmən təsdiqləyib.



Morano uzun yaşamağın sirrinin hər gün iki çiy yumurta yeməsində və 80 ilə yaxın bekar olmasında görürdü.



Emma Moranonun ölümündən sonra hazırda dünyanın ən yaşlı adamı adına 117 yaşlı Yamaykalı Violet-Mosse Brovn sahiblənib.



O, 10 mart 1900-cu ildə anadan olub. Yəni, Yamayka dövləti yaranmamışdan 62 il öncə. Brovnun oğlunun isə hazırda 97 yaşı var.



O, uzun ömürlü olmanın xüsusi formulunun olmadığını bildirib. Toyuq və donuz ətindən başqa hər şeyi yediyini deyən Brovn alkoqoldan istifadə etmədiyini söyləyib.



Brovn dünya tarixinin canlı şahididir. O, 117 yaşının olmasına baxmayaraq, bir çox tarixi hadisələri - ilk avtomobilin, təyyarənin kəşfini, elektirik və su borusunun nə zaman çəkildiyini xatırlayır. Brovn, həmçinin iki dünya müharibəsinin və Yamaykanın qurulmasının şahidi olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti