Filial müdirinin qətlinin üstü açıldı - Qatil baş mühasib imiş
Həmin şəxs şirkətin baş mühasibi Vidadi Vəliyevdir. V.Vəliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. O, istintaqa ifadəsində qətli pul mübahisəsi üstə törətdiyini bildirib. V. Vəliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerinə aparılıb və cinayət yerində dindirilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.
Qeyd edək ki, aprelin 22-də "Azərsığorta" Dövlət Sığorta Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nəsrəddin qızı Bayramova iş otağında küt alətlə qətlə yetirilib.
Onun müavini Vidadi Bəhman oğlu Vəliyev şahid qismində ifadə verərkən bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.(Trend)
AzVision.az
Teqlər: Tovuz Qətl Cinayət Direktor