Lənkəranda ağır qəza: 2 ölü, 3 yaralı

Lənkəranda ağır qəza: 2 ölü, 3 yaralı
  27 Aprel 2017    Oxunub:1342
Fövqəladə Hallar Nazirliyi ötən axşam Lənkəran rayonunda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Lənkəran rayonu, Velədi kəndi ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri ilə “Howo” markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:55-də başa çatıb.

Qeyd edək ki, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

AzVision.az


Teqlər: Lənkəran   Qəza  





Xəbər lenti