Bakıda toyda dava düşüb: Xəsarət alan var (FOTO)

Bakıda toyda dava düşüb:  Xəsarət alan var (FOTO)
  27 Aprel 2017    Oxunub:6912
Bakıda şadlıq evində toy mərasimi zamanı dava düşüb.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda fəaliyyət göstərən “Şəlalə” şadlıq sarayında qeydə alınıb.

Belə ki, şadlıq sarayında keçirilən toy mərasimi zamanı 24 yaşlı Mustafayev Şərif Rəfael oğlu qohumları ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və Ş.Mustafayev dava zamanı şadlıq sarayının giriş qapısının şüşəsinə çırpılıb. Nəticədə onun qolunu şüşə kəsib. Çoxlu qan itirmiş Ş.Mustafayev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır.





AzVision.az


Teqlər: Bakı   Toy   Dava  





Xəbər lenti