Fərman Kərimzadənin oğluna 10 il həbs istənildi
![Fərman Kərimzadənin oğluna 10 il həbs istənildi Fərman Kərimzadənin oğluna 10 il həbs istənildi](https://azvision.az/photos/1470857634_1_1493631962.jpg)
Təqsirləndirilən şəxsin vəkilinin çıxış üçün vaxt istəməsindən sonra məhkəmə prosesinin mayın 8-də davam etdirilməsi qərara alınıb.
İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Bakı şəhəri, 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
2012-ci il noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.
AzVision.az
Teqlər: Məhkəmə