İstefada olan polis mayoru intihar edib
![İstefada olan polis mayoru intihar edib İstefada olan polis mayoru intihar edib](https://azvision.az/photos/rep-a9574dea48a487df0d6ab773d4254f691493641655_1493642296.jpg)
O, polis mayoru rütbəsində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Neft Kəmərlərini mühafizəsi idarəsində bölük komandiri vəzifəsində çalışıb. Təqribən 1 il əvvəl isə öz xahişi ilə işdən çıxıb.
Məlumata görə, H. Mirzəyev intihar etməzdən əvvəl məktub yazıb. Məktub cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən götürülüb. Həmin məktubda nə yazılması barədə ailə üzvləri məlumatsızdır.
Onu da əlavə edək ki, H Mirzəyev intihar etməzdən bir neçə dəqiqə əvvəl “whatsapp”-da status paylaşıb. (APA)
AzVision.az
Teqlər: