Bakıda törədilən qətlin təfərrüatları məlum olub
![Bakıda törədilən qətlin təfərrüatları məlum olub Bakıda törədilən qətlin təfərrüatları məlum olub](https://azvision.az/photos/polis_idaresi_201015_1493646371.jpg)
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Araşdırmalarla mərhumənin paytaxtın Nizami rayon sakini, 1971-ci il təvəllüdlü Santrandinova Yelena Viktorovna olduğu müəyyən edilib.
İstintaq zamanı aprelin 29-da Rusiya vətəndaşı, 1970-ci il təvəllüdlü Samir Zenyukovun tanışları Alla İbrahimovanı, 1985-ci il təvəllüdlü Dmitriy Razumniyi və Yelena Santrandinovanı yaşadığı Səbail rayonundakı mənzilinə dəvət edib onlarla birlikdə yeyib-içdikdən sonra aralarında baş vermiş münaqişə zəminində D.Razumniyi ilə bir qrup şəxs halında Y.Santrandinovanın baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarət yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Zenyukov və D.Razumniy şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: