66 yaşlı Gəncə sakini döyülərək öldürülüb

66 yaşlı Gəncə sakini döyülərək öldürülüb
  02 May 2017    Oxunub:1609
Gəncə şəhərində ölüm faktı qeydə alınıb. Şəhər sakini, 1951-ci il təvəllüdlü Qurbanov Sədrəddin Zeynalabdin oğlu yaşadığı evdə ölüb.
Məlumata görə, S.Qurbanovla hələlik adları məlum olmayan şəxslər arasında dava olub və həmin şəxslər onu döyərək müxtəlif xəsarətlər yetiriblər.

Evinə gələn S.Qurbanov özünü pis hiss edib. Evə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.

Onun başında və bədinin müxtəlif hissələrində xəsarət izləri aşkarlanıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Gəncə   Qətl  





Xəbər lenti