"Xaricdə oxumaq fikrim yoxdur" - 700 bal toplayan qız (FOTO)

"Xaricdə oxumaq fikrim yoxdur" - 700 bal toplayan qız (FOTO)
  04 May 2017    Oxunub:18639
Bu il ölkə üzrə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərən abituriyentlərdən biri də akademik Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılovadır.
Rekordçu qız AzVision.az-a açıqlamasında imtahandan 700 bal toplayacağını gözləmədiyini deyib.

“İmtahandan çıxdıqdan sonra 700 bal toplayacağımı gözləmirdim. Sualların cavablarını yoxlamışdım və hamısı düz idi. Lakin kodlaşdırmada səhv edəcəyimi düşünürdüm, çünki axır dəqiqələrdə kodlaşdırmanı etdim. Hədəfim prezident təqaüdü almaq idi, amma nəticəm 700 gəldi və ikiqat sevinc hisləri yaşadım”.

Oxuyacağı universiteti və ixtisası hələ dəqiqləşdirməyən Səbinə bunun üçün yetərincə zamanı olduğunu vurğulayıb.

“4 ay vaxtım var. Böyük ehtimalla hüquqşunaslıq və filologiya üzrə ixtisas seçəcəyəm. Xaricdə oxumaq fikrim yoxdur, çünki Azərbaycanda yetərincə prestijli ali təhsil müəssisələri var. Məktəbdə oxuyan zaman əlaçı olmuşam. Hətta bu il Tarix fənni üzrə keçirilən fənn olimpiyadasında 3-cü yeri qazanmışam. Liseyimiz tərəfindən sənədlərim Təhsil Nazirliyinin qızıl medalını almaq üçün təqdim edilib”.





Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   700-bal  





Xəbər lenti