Ədliyyə Nazirliyi işçi axtarır
![Ədliyyə Nazirliyi işçi axtarır Ədliyyə Nazirliyi işçi axtarır](https://azvision.az/photos/trend_edliyye_nazirliyi_justice_ministry_album_1493880443.jpg)
Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.
Arzu edənlər 2017-ci ilin may ayının 4-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda:
Məhkəmə ekspertizası mərkəzinin inzibati binasında (Bakı şəhəri, Xəqani küçəsi 24, tel: (012) 498-09-71);
Mərkəzin Gəncə regional bölməsində (Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (0222) 65-18-96);
Mərkəzin Şəki regional bölməsində (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, tel: (+99470) 229-30-29);
Mərkəzin Şirvan regional bölməsində (Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91) təqdim edə bilərlər.
Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilib, habelə Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcəkdir.
Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.
AzVision.az
Teqlər: Ədliyyə-Nazirliyi