Siqaret yenidən bahalaşıb

Siqaret yenidən bahalaşıb
  04 May 2017    Oxunub:1637
Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti bahalaşıb.
AzVision.az xəbər verir ki, siqaretlərin qiymətində 20-40 qəpik civarında artım müşahidə olunur.

Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər.

Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30-40 qəpik, 2 manatdan ucuz olanlar isə 20 qəpik bahalaşıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Azərbaycan   Siqaret  





Xəbər lenti