Ermənistanı hər il 30 min insan tərk edir

Ermənistanı hər il 30 min insan tərk edir
  04 May 2017    Oxunub:1367
2002-ci ildən bəri hər il 30 minə yaxın insan Ermənistandan köçür.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bunu hökumətin iclasında Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistandan köçün seçkilərlə bağlı olub-olmamasına dair statistika mövcud deyil.

“2002-2007-ci illərdə hər il ölkədən 25-26 min insan köçürdüsə, 2007-2015-ci illərdə bu rəqəm 28-29 min olub. Əhalinin ölkədən köçməsində sosial-iqtisadi və siyasi səbəbləri nəzərə almaq lazımdır” - Qaqik Yeqanyan vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Ermənistan  





Xəbər lenti