Bakıda türk və iranlılar arasında kütləvi dava olub - Video
![Bakıda türk və iranlılar arasında kütləvi dava olub - Video Bakıda türk və iranlılar arasında kütləvi dava olub - Video](https://azvision.az/photos/draka_300512_1493903861.jpg)
Obyektin müştərisi olan Türkiyə və İran vətəndaşları mübahisə etməyə başlayıblar. Daha sonra söz savaşı əlbəyaxa davaya çevrilib. Qəzəbli müştəriləri sakitləşdirmək istəyən kafe əməkdaşları da döyülüblər.
Xəsarət alan 48 yaşlı Zeynəb Nəsirova, 41 yaşlı Altay Bekar, 50 yaşlı Vidadi Rzayev, 30 yaşlı Mustafa Məlikzadə və daha bir İran vətəndaşı xəstəxanaya çatdırılıb. Həkimlər yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
AzVision.az