Bu günə gözlənilən hava şəraiti
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Mayın 07-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


