"Uşağa süd versən, fiquran pozular..." - Baş pediatr

"Uşağa süd versən, fiquran pozular..." - Baş pediatr
  05 May 2017    Oxunub:2166
"Pediatriyanın ən aktual problemi uşaqların qidalanmasıdır"
AzVision.az xəbər verir ki, bunu ölkənin baş pediatrı Nəsib Quliyev deyib. Onun sözlərinə görə, sovet dövründə süni qidalar geniş təbliğ olunurdu.

"1980-ci ildə 20 faiz uşaq ana südü ilə qidalanırdı. İş adamları da bundan istifadə edərək sənaye üsuli ilə süni qidalar istehsal etməyə başladılar. Ananın südü qədər uşağın ehtiyaclarını ödəyən ikinci qida yoxdur. Ana südündən cavan qızlar imtina edir. Bu istiqamətdə yeganə doğru yol ondan ibarətdir ki, ictimai xadimlər, din xadimləri, jurnalistlər birgə mübarizə aparmaqla nəticə əldə edilə bilər. Övladına 2 yaşa qədər süd verən ana 96 faiz halda hamilə qalmır. 2 il ərzində ana orqanizmində normal fizioloji proseslər davam edir və növbəti hamiləliyə hazırlaşır. Uşaqlar arasında ölüm əmsalı 3.9-4 dəfə süni qida ilə qidalananlarda daha çox rast gəlinir, nəinki ana südü ilə qidalanmada. 1992-1993-ci ildə aparılan araşdırma nəticəsin 1 yaşa qədər körpələrin ana südü ilə qidalandırılması 25 faiz idi. Lakin indi bu faiz 48-50 faiz arasında dəyişir".

N.Quliyev bildirib ki, analarda 2 faiz halda ana südünün çatışmazlığı olur. "Bu isə anaların xəstəliyi ilə bağlı olur. Nəticədə 48 faiz ana övladına süd vermir. Bu subyektiv səbəblər içərisində birinci yerdə hamilə qadın, ananın süd vermək istəyinin olmamasıdır. Səbəblər ortaya çıxır ki, analara rəfiqələri məsləhət verir ki "süd versən, fiquran pozular, ərin boşayar" və s. Ana südü ilə qidalanma Almaniyada 80 faizə çatır. Amma əmziyi, süd butulkalarını düzəldib bizə satırlar. Almaniyada ana südü ilə qidalanma yüksək faizdir".

Baş pediatr qeyd edib ki, süni qidalarla bağlı bir neçə dəfə qanun qəbul edilib. "Küçələrdə süni yeməklərin reklamı dolu idi. Ana südünü istehsal edib, Nobel mükafatı almaq istəyənlər də olub. Lakin edə bilməyiblər. Süni mayalanma olur, amma ana südünün hazırlanması qeyri- mümkündür".

Doğuşayardım Komissiyasının sədri, Republika Perinital Mərkəzinin sədri Sevinc Məmmədova isə bildirib ki, körpənin ana südü ilə qidalandırılması anaların xəstələnmə əmsalını aşağı salır.

"Dünyada ana ölümlərinin yarısı erkən zahılıq dövründə baş verir. Ana öz övladına süd verərək uşaqla təmasda olur. Bu da ananın xəstələnmə əmsalını aşağı salır. Ana südü ilə qidalanma hər bir gənc ananın 6 ay ərzində onun bədənində olan fizoloji dəyişikliklər əsasında hamilə qalmamasına da yardımçı olur. Ana südü ilə qidalanma ginekoloqlar üçün vacibdir. Körpəyə ana südü vermək anaların süd vəzilərində xərçəng xəstəliyinin profilaktikası üçün də vacibdir".

Aytən Zəhra
AzVision.az


Teqlər: Baş-Pediator  





Xəbər lenti