Bakıda 5 otaqlı ev yanıb

Bakıda 5 otaqlı ev yanıb
  07 May 2017    Oxunub:1757
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 370 m² olan mansard tipli ikimərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü, mansardı və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti