Gədəbəydə 7 otaqlı ev yanıb

Gədəbəydə 7 otaqlı ev yanıb
  07 May 2017    Oxunub:1555
Gədəbəydə yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Gədəbəy rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan ikimərtəbəli 7 otaqlı evin çardağının yanar konstruksiyaları 10 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Gədəbəy  





Xəbər lenti