Ucarda 5 otaqlı ev yanıb

Ucarda 5 otaqlı ev yanıb
  08 May 2017    Oxunub:1612
Ucar rayonu, Lək kəndində yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Ucar rayonu, Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 133 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Ucar  





Xəbər lenti