Nərimanovda yanğın olub

Nərimanovda yanğın olub
  08 May 2017    Oxunub:1626
Bakı şəhəri, Nərimanov rayonunda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki,Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9 m2 sahədə və mətbəx əşyaları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Bakı   FHN   Yanğın  





Xəbər lenti