DYP sürücüləri 15 milyon cərimələyib

DYP sürücüləri 15 milyon cərimələyib
  08 May 2017    Oxunub:1435
2017-ci ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanan inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, xətaların 50,8%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3%-i dayanma və ya durma qaydalarının pozulması, 9,5%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 15,1 mln. manat məbləğində cərimələr tətbiq edilib.

AzVision.az



Teqlər: DYP   sürücü  





Xəbər lenti