Milli Məclis 10 məsələyə baxacaq

Milli Məclis 10 məsələyə baxacaq
  08 May 2017    Oxunub:1524
Milli Məclisin yaz sessiyasının növbəti iclası mayın 16-da keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara dəyişiklik və qanun layihələri müzakirəyə çıxarılacaq. Bunlar “Məhkəmə-Hüquq Şurası haqqında ” qanun layihəsi, “Dini etiqad azadlığı haqqında ” qanuna dəyişiklik, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında ” qanun layihəsi II oxunuş, “Kabel şəbəkəsi yayımı haqqında ” qanuna dəyişiklik, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanun layihəsi II oxunuş, Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik, “Telekommunikasiya haqqında “ və “Pasportlar haqqında” qanuna dəyişikli.

AzVision.az


Teqlər: Milli-Məclis   Deputat   İclas  





Xəbər lenti