Putin İlham Əliyevə təbrik məktubu göndərib

Putin İlham Əliyevə təbrik məktubu göndərib
  08 May 2017    Oxunub:1832
Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində Qələbənin 72-ci ildönümü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin təbrik məktubunda vurğulanır ki, Qələbə Günü - vətənin və bütün bəşəriyyətin faşizmdən xilas etmək naminə müharibə cəbhələrində çiyin-çiyinə döyüşmüş, arxa cəbhədə fədakarlıqla çalışan ata və babalarımızın misilsiz qəhrəmanlığının simvoludur.

Vladimir Putin xüsusilə qeyd edib ki, bu xilaskar döyüşçülərə ən böyük hörmət tarixin saxtalaşdırılmasına, faşizm və nasizmin cinayətkar əməllərinə haqq qazandırılmasına qarşı birgə mübarizə sayəsində mümkündür.

Rusiya dövlətinin başçısı bütün müharibə veteranlarının, cəbhədə xidmət göstərənlərin və arxa cəbhə əməkçilərinin qarşısında baş əydiyini bildirib, onlara cansağlığı, firavanlıq və uzun ömür arzu edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti