Astara sakini 76 yaşlı atasını bıçaqladı

Astara sakini 76 yaşlı atasını bıçaqladı
  09 May 2017    Oxunub:1374
Astara rayon sakini atasını bıçaqlayıb.
Hadisə Astara şəhəri Nizami küçəsində Dadaşov Fərhad Xəlil oğlunun yaşadığı evdə baş verib.

Yaxınlarının deməsinə görə 76 yaşlı F.Xəlilovun oğlu ondan pensiya kartını tələb edib. Lakin, istədiyini əldə edə bilməyəndə atasını döyüb, onun sifət və baş nahiyələrinə zərbələr endirib, onun qarnının ön divarına nüfuz edən bıçaq zərbəsi yetirib.

Atasını bıçaqlayan oğulun əvvəllər məhkumluq həyatı yaşadığı, spirtli içki və narkotik vasitələrin istifadəçisi olduğu, buna oxşar hadisələrin bundan əvvəl də baş verdiyi söylənilir.

Yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ilkin tibbi müdaxilə olunub. Sonradan əlavə müayinə olunmasından ötrü təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Atasına bıçaq xəsarəti yetirən Xəlil Dadaşov saxlanılıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. (Report.az)

AzVision.az


Teqlər: Astara   Bıçaqlanma  





Xəbər lenti