Bu gün 32 dərəcə isti olacaq
Atmosfer təzyiqi normadan aşağı 752mm civə sütunundan 756mm civə sütununa yüksələcək, nisbi rütubətgecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
AzVision.az