Gəncədə “Qələbə günü” qeyd olunub - Fotolar

Gəncədə “Qələbə günü” qeyd olunub - Fotolar
  09 May 2017    Oxunub:2228
Gəncədə 9 May faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AzVision.az xəbər verir ki, tədbir Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun barelyefi önündə təşkil olunub. Mərasimə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, veteranlar, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri qatılıb.



Birinci müavin İsrafil Məmmədovun abidəsi önünə əklil qoyub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gəncə Dövlət Dram Teatrının aktyorları Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri əsasında səhnələşdirilən tamaşada bir parça nümayiş etdiriblər.



Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov bildirib ki, hazırda 15 nəfər müharibə iştirakçısı var. Bu il 4 nəfər veteran dünyasını dəyişib. Arxa cəbhə iştirakçılarının sayı 71 nəfərdir. Sinəsini müxtəlif orden və medallar bəzəyən müharibə veteranları onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.



KİV nümayəndələri və şəhər sakinləri veteranlarla xatirə şəkilləri çəkdiriblər. Onların müharibə illəri ilə bağlı xatirələrini dinləyiblər. Bildirək ki, 2-ci Dünya müharibəsində Gəncə şəhərindən 16.000 nəfər vuruşub. Onlardan 2000 nəfəri müharibədə həlak olub.​




AzVision.az




Teqlər: Gəncə   9-May  





Xəbər lenti