Avtobusda qadının çantasından oğurluq edən şəxs həbs edilib.
AzVision.az-ın DİN-in saytına istinadən məlumatına görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 8-də 199 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülşən İsmayılovanın çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Pünhan Umudov tutulub.