Güzəştli ev almaq istəyənlərə şad xəbər - VİDEO
![Güzəştli ev almaq istəyənlərə şad xəbər - VİDEO
Güzəştli ev almaq istəyənlərə şad xəbər - VİDEO](https://azvision.az/photos/ipotekayeniden.jpg)
Güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək. Artıq elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyir ki, indiyədək güzəştli şərtlərlə mənzil almaq istəyən 32 min nəfər müraciət edib, 18 min nəfərin müraciəti qəbul olunub. İlk layihə olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam edir. Bununla yanaşı, Hövsan qəsəbəsində MİDA-ya 20 hektar torpaq sahəsi ayrılıb.
Samir Nuriyev bildirib ki, gələcəkdə güzəştli mənzilə sahib olmaq hüququ olan şəxslərin kateqoriyası genişləndirilə bilər. (Xəzər TV)
AzVision.az