Bakıda 5 otaqlı ev yanıb

Bakıda 5 otaqlı ev yanıb
  11 May 2017    Oxunub:1198
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının taxta konstruksiyalardan ibarət arakəsməsi 10 m2 sahədə, 1 ədəd pəncərə çərçivəsi və 5 m2 sahədə ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti