Xalq artisti xəstəliyə tutulub
“Yüksək təzyiqdən, şəkərdən əziyyət çəkirdim. Təzyiq böyrəklərə təsir edirdi, bu da orqanizmimdə problemlər yaradırdı. Həkimlər təzyiqimi və qanda şəkərin miqdarını normal vəziyyətə qaytarıblar. Reanimasiyadan çıxmışam. Ancaq analizin cavablarında başqa simptomlar tapılıb. Buna görə də həkimlər müalicəmin istiqamətini dəyişdirib. Bunun hansı xəstəliyin əlaməti olduğunu açıqlamaq istəmirəm. Özümü halsız hiss etsəm də, bütün gücümlə müalicəyə köklənməyə çalışıram”
Xatırladaq ki, mayın 8-də səhhəti qəfil pisləşən Rəfael Dadaşov Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Rafael-Dadaşov Xəstəxana