Reket baş redaktor həbs olundu

Reket baş redaktor həbs olundu
  12 May 2017    Oxunub:4236
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Ağdam rayon sakini Rafael Qasımov rayon Polis Şöbəsinə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin onu şantaj etdiyini, barəsində rüsvayedici məlumatları yaymaqla hədələyərək pul tələb etdiyini bildirib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.

AzVision.az


Teqlər: DİN   Həbs  





Xəbər lenti