Yevlaxda dəhşətli qəza - 6 nəfər öldü
![Yevlaxda dəhşətli qəza - 6 nəfər öldü Yevlaxda dəhşətli qəza - 6 nəfər öldü](https://azvision.az/photos/yevlax_1494611168.jpeg)
Ölənlərdən 3-ü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.
Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub.
Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
***
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21015" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az