Sabirabadda 4 otaqlı ev yanıb

Sabirabadda 4 otaqlı ev yanıb
  13 May 2017    Oxunub:1248
Sabirabadda yanğın qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad rayonu, Qasımbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 50 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti