431 əcnəbi cərimələnərək ölkədən çıxarılıb
![431 əcnəbi cərimələnərək ölkədən çıxarılıb 431 əcnəbi cərimələnərək ölkədən çıxarılıb](https://azvision.az/photos/bc6f38cd-b332-4509-959d-5fead023075e_1494851141.jpg)
Qeyd olunub ki, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8194 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 46574 əcnəbinin müraciəti qeydə alınıb. Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində maarifləndirmə tədbirləri davam etdirilib, o cümlədən səyyar xidmət göstərilib.
AzVision.az
Teqlər: Dövlət-Miqrasiya-Xidməti