BDU-nun kafedra müdiri vəfat edib

BDU-nun kafedra müdiri vəfat edib
  17 May 2017    Oxunub:3424
Bakı Dövlət Universitetinin Ümumi və tarixi geologiya kafedrasının müdiri, geologiya-mineralogiya elmləri namizədi, dosent Həmid Hüseynov vəfat edib.
AzVision.az-ın məlumatına görə, H.Hüseynov 2012-ci ildən Ümumi və tarixi geologiya kafedrasının müdiri olub.

H.Hüseynov 1946-cı ilin sentyabrın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsini bitirib, mühəndis-geoloq ixtisasını alıb.

1968-1971-ci illərdə “Paleontologiya və tarixi geologiya” kafedrasının aspirantı olub, sonrakı illərdə müəllim, baş müəllim və dosent vəzifələrini tutub.

1975-1979-cu illərdə Fransa və Əlcəzair Respublikalarında pedaqoq kimi çalışıb, Milli Neft və Qaz İnstiutunda (Əlcəzair, Bumerdes şəhəri) “Paleontologiya” və “Tarixi geologiya” fənlərindən mühazirələr oxuyub, milli geoloq kadrlar hazırlayıb.

1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib.

1 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 5 metodik göstəriş, 100-ə yaxın məqalə və tezislərin müəllifidir.

Allah rəhmət eləsin!



AzVision.az


Teqlər: BDU  





Xəbər lenti