Xırdalanda 3 otaqlı ev yanıb

Xırdalanda 3 otaqlı ev yanıb
  17 May 2017    Oxunub:1092
Abşeron rayonu, Xırdalan şəhərində yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 10 kvadratmetr sahədə və 1 ədəd televizor yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Xırdalan   Yanğın  





Xəbər lenti