Köməksiz qalan şəxs xilas edildi

Köməksiz qalan şəxs xilas edildi
  18 May 2017    Oxunub:1213
Bakıda bağlı qapı arasında köməksiz qalan şəxs xilas edilib.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 16:45-də başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti