Sabirabadda ev yanıb

Sabirabadda ev yanıb
  18 May 2017    Oxunub:1273
Sabirabadın Qəzli kəndində 3 otaqlı ev yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Ev əşyaları yanğından mühafizə olunub. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti