Şəhidin məzarı 24 ildən sonra tapıldı - VİDEO
![Şəhidin məzarı 24 ildən sonra tapıldı - VİDEO Şəhidin məzarı 24 ildən sonra tapıldı - VİDEO](https://azvision.az/photos/sehidinyaxinlari_1495192163.jpg)
Əbülfəz Zeynalov (şəhidin əmisi oğlu): "Könüllü olaraq ordu sıralarına yazıldı. Ağdamətrafı bütün döyüşlərdə iştirak edib. 93-cü ilin axırında əlaqəmiz kəsilib. O gündən axtarırıq tapa bilməmişik. Sizin köməyinizlə tapmışıq".
Xəqani Zeynalov (şəhidin qardaşı): "Qardaşım o vaxtdan şəhid olub. Məzarının yerini bilməmişik. Sizin sayənizdə tapdıq".
Qeyd edək ki, bu, süjet efirdə yayımlandıqdan sonra yaxınları üzə çıxan 3-cü şəhiddir. Hər üç şəhid barədə müəyyən dədiqləşmələr aparıldıqdan sonra yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.
AzVision.az