Rusiyadan Azərbaycana narkotik keçirmək istədilər

Rusiyadan Azərbaycana narkotik keçirmək istədilər
  19 May 2017    Oxunub:1384
Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Mersedes Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən 2 ədəd kibrit qutusunda xalis çəkisi 4,378 qram təşkil edən narkotik vasitə-marixuana, 15 ədəd "Belomorkanal" markalı papiroslar, gömrük orqanına bəyan edilməyən 33950 ABŞ dolları və 123500 Rusiya rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər: DGK  





Xəbər lenti