Qardaş qardaşı döyüb xəstəxanalıq etdi
![Qardaş qardaşı döyüb xəstəxanalıq etdi Qardaş qardaşı döyüb xəstəxanalıq etdi](https://azvision.az/photos/73cea695b512f95da8603e01480ef9b7_1495223676.jpg)
Şəki MRX-dan APA-ya bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən 52 yaşlı Hüseyn Zamanova açıq kəllə-beyn travması, sol təpə və alın nahiyəsinin kəsilmiş-çapılmış xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Aşağı Göynük kəndi ərazisində baş verib. Hüseyn Zamanovla qardaşı arasında istintaqa hələ ki, məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Hüseyn Zamanova qardaşı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Hazırda hüquq-mühafizə orqanlar əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar.
AzVision.az
Teqlər: