Ağdaşda polis əməkdaşını maşın vurub
![Ağdaşda polis əməkdaşını maşın vurub Ağdaşda polis əməkdaşını maşın vurub](https://azvision.az/photos/qeza-1_1495271015.jpg)
Rayonun Ləki qəsəbə sakini Ələsgər Daşdıyev idarə etdiyi 19-BB-772 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən heyvan bazarının qarşısında avtomobillərin sıxlığı səbəbindən yolu tənzimləyən Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, polis serjantı, 1986-cı il təvəllüdlü Qasımov Emin Şakir oğlunu vurub.
Avtomobil Emin Qasımovun ayağının üstündən keçib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda polis əməkdaşının vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)
AzVision.az