Qazax yolunda dəhşətli qəza - 5 nəfər ölüb (Yenilənib)
![Qazax yolunda dəhşətli qəza - 5 nəfər ölüb (Yenilənib) Qazax yolunda dəhşətli qəza - 5 nəfər ölüb (Yenilənib)](https://azvision.az/photos/baki-qazax-yolunda-qeza-20052017-2_1495289450.jpg)
Qəzada həyatını itirənlərin hamısı İmişli rayon sakinləridir. Əhmədov Elçin Cahangir oğlunun tələbə, digər şəxslərin isə İmişli şəhəri 5 saylı orta məktəbin şagirdləri olduğu bildirilir.
***
Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.
“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.
AzVision.az